ABŞ-ın dövlət katibi Con Kerri bu həftənin beşinci günü Nyu-Yorkda Suriya müxalifətinin təmsilçiləri ilə görüşmək niyyətindədir.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Dövlət Departamentinin təmsilçisi Cen Psaki keçirdiyi brifinqdə açıqlama verib.
«Suriyadakı vəziyyət, ölkədəki durumun tənzimlənməsi üzrə beynəlxalq konfransın keçirilməsi və bu ölkəyə ABŞ-ın yardımı məsələlərinin müzakirəsi planlaşdırılıb»-deyə, Psaki bildirib.
Suriya müxalifətinin təmsilçiləri iyulun 26-da BMT Təhlükəsizlik Şurasında qeyri-rəsmi görüş də keçirəcəyi nəzərdə tutulub. Bu görüşün keçirilməsinin təşəbbüskarı Britaniyadır.