Türkiyənin Diyarbəkir əyalətinin Lice qəsəbəsində polis məntəqəsinin tikilməsinə etiraz edən 200 nəfərlik bir qrupla təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, etirazçılar fəhlələrə basqın edib. Onların arasındakı 50-60 nəfərlik bir dəstə əllərində partlayıcı maddələri fəhlələrə atıb.
Polis gözyaşardıcı qazdan istifadə etsə də, həmin qrup üzvləri geri çəkilməyib Onlar fəhlələrin qaldığı çadırlara od vurublar. Polisin havaya atəş açması da etirazçıların qarşısı almayıb. Etirazçılar polisin də üzərinə hücuma keçiblər. Yaranmış qarşıdurmada bir nəfər etirazçı həlak olub, 2-si ağır olmaqla 6 nəfər yaralanıb.
Üzü maskalı bir qrup isə Bingöl-Diyarbəkir avtomobil yolunu bağlayıb.
Onların kəndlilər olduğu iddia olunsa da, mütəxəssislər davranışın bu qrupların terrorçu PKK və ya ona oxşar qurumlara aid olduğunu söyləyiblər.