DİN  Mursi tərəfdarlarının aksiyalarını dağıtmağa hazırlaşır
01 avqust 2013 07:41 (UTC +04:00)

DİN  Mursi tərəfdarlarının aksiyalarını dağıtmağa hazırlaşır

Misirin daxili İşlər Nazirliyi devrilmiş prezident Məhəmməd Mursi tərəfdarlarının kütləvi küçə yürüşlərini dayandırmağa hazırlaşır.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ölkənin müvəqqəti daxili işlər naziri Məhəmməd İbrahim bu haqda açıqlama verib.

 

İyulun 31-də Misirin müvəqqəti hökuməti özəl bəyanatla çıxışı edərək, bildirib ki, Qahirənin  «Rəbiyə-əl- Ədəviyyə» və «ən-Nahda» meydanlarında keçirilən müddətsiz aksiyaların «milli təhlükəsizliyi təhdid edir».

 

«Nazirlik kostitutsiya və qanunlar çərçivəsində meydandan yaranan təhlükələr qarşısını alacaq»-deyə, müvəqqəti nazir bildirib.

 

Onun sözlərinə görə, müddətsiz aksiyaların qarşısı «uyğun zamanda» alınacaq və bu bir neçə mərhələdən ibarət olacaq.  

 

İbrahim qeyd edib ki, nümayişlərin dağıdılmasına  Baş Prokurorluğun uyğun qərarından sonra başlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506
avatar

Oxşar yazılar