Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin xanımına onunla görüşməyə icazə verilib.
Lent.az-ın «Assoşieyted press»-ə istinadən məlumatına görə, xanım Naqli Əli Mahmud bildirib ki, əri çox arıqlayıb və saçı tökülüb.
Xatırladaq ki, M.Mursinin məhkəməsinin yanvarın 8-dək təxirə salındığına dair xəbərlər yayılmışdı.