İyulun 3-də ordu tərəfindən devrilən və ev həbsində saxlanılan Misir prezidenti Məhəmməd Mursi ilə ilk görüş keçirilib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Əkmələddin İhsanoğlu dünən gecə Misir Milli İnsan Haqları Şurasının iki üzvünün Məhəmməd Mursi ilə görüşdüyünü açıqlayıb.
Görüş Qahirədə Məhəmməd Mursinin ordu tərəfindən saxlanıldığı məkanda keçirilib. Görüşün detalları açıqlanmır.