Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili Sərdar Güldalı bədbəxt hadisə nəticəsində ölüb. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, AKP-li deputat yaşadığı evin eyvanından yıxılıb və çox keçmədən keçinib.
Ankarada binanın dördüncü mərtəbəsində hava almaq üçün balkona çıxan millət vəkili gözlənilmədən yıxılıb. Ağır xəsarətlər alan deputat xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.