Suriya paytaxtı Dəməşqin Carman rayonunun Əs-Suyuf meydanında partlayış baş verib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, azı 10 nəfər həlak olub, 60-a yaxın sakin yaralanıb.
Livanın «əl-Maydin» telekanalı bildirib ki, avtomobilə quraşdırılmış partlayıcı qurğu partlayıb. Oxşar terakt təxminən iki həftə öncə həmin meydanda törədilmişdi. Onda 7 nəfər həlak olmuş, 62 sakin yaralanmışdı.