Bu gün Suriyada İran təyyarəsi atəşə tutulub.
Lent. az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, müxalif Suriya Azadlıq Ordusunun döyüşçüləri Dəməşq Beynəlxalq Aeroportuna enmək istəyən təyyarənin göyərtəsində prezident Bəşər Əsədə sadiq ordu bölmələri üçün silah olduğunu bildiriblər.
Atəşə tutulan təyyarə yanıb. Suriya hökuməti hələ məsələ ilə bağlı rəsmi açıqlama verməyib.