Tunisin baş naziri seçki keçiriləcəyini boyun olub
30 iyul 2013 07:53 (UTC +04:00)

Tunisin baş naziri seçki keçiriləcəyini boyun olub

Tunisin baş naziri Əli Larayed islamçı sayılan koalision hökumətin istefa verməsi bağlı yayılan xəbəri təkzib edib.

 

Lent.az-ın xarici informasiya vasitələrin istinadən məlumatına görə, o, bu il dekabrın 17-də yeni seçkilərin keçiriləcəyini boyun olub.

 

Milli Televiziya ilə çıxışı zamanı hökumət başçısı bildirib ki, onlar hakimiyyətə yapışıb, qalmayıblar, vətəndaşlar qarşısında öz vəzifələrini sonadək icra edəcəklər.

 

Tunis Milli Assambleyasının 60-dan çox üzvü iclasları boykot etmək niyyətindədir. Dünyəvi Əmək və Azadlıq uğrunda Demokratik Forum Partiyası isə hökuməti hakim koalisiyadan çıxmaqla hədələyib.

 

Ötən həftə müxalifət lideri Məhəmməd Brahiminin  qətlə yetirilməsi ölkədə etiraz aksiyaları ilə qarşılanıb. Bu ilin fevralında isə başqa bir müxalif siyasətçi Şükri Belaid qətlə yetirilmişdi. İstintaq zamanı hər iki siyasətçinin eyni silahdan öldürüldüyü məlum olub.

 

Bu qətlərdə hakimiyyət suçlu bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448
avatar

Oxşar yazılar