Davudoğludan xəbərdarlıq: “Anında cavab veriləcək”
19 iyul 2013 18:38 (UTC +04:00)

Davudoğludan xəbərdarlıq: “Anında cavab veriləcək”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Rasulayn qəsəbəsinin PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin nəzarətinə keçməsinə münasibət bildirib.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, o, Rasulayn qəsəbəsində döyüşlərdə həyatını itirənlərə rəhmət diləyib və sərhəddə təhlükəsizliyi və vətəndaşları qorumaq üçün hər cür tədbirlərin görüldüyünü söyləyib.

Əhməd Davudoğlu deyib ki, Türkiyə Silahlı Qüvvələri yaranmış vəziyyətə uyğun olaraq tədbirlər görür və Suriyadan Türkiyəyə atəş açılan mövqelərə cavab atəşi açılır. O, PKK-ya xəbərdarlıq da edib: “Bundan sonra hər cür təhdidə qarşı ən təsirli tədbir görüləcək və anında cavab veriləcək”.

Suriya prezidenti Bəşər Əsədə sadiq ordu bölmələri ilə müxalif Suriya Azadlıq Ordusu arasında Humusda gedən gərgin döyüşlərə toxunan Əhməd Davudoğlu qeyd edib ki, Humusdakı döyüşlərlə bağlı ortaya çıxan boşluq səbəbindən bəzi qruplar Rasulaynda hərəkətə keçiblər: “Hər hansı təsadüf nəticəsində, ya da de-fakto bir durum yaratmaq səyi Suriyada gərginliyi daha da artırır və daha çox mənfi nəticələrin yaranmasına səbəb olur. Təbii ki, Suriyadakı rejim kürdləri ərəblərə, ərəbləri türkmənlərə, bir məzhəbi digər məzhəbə düşmən etmək üçün bəzi taktiki addımlar ata bilər. Heç kimin bu oyuna aldanmaması lazımdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 891

Oxşar yazılar