Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu telekanallardan birindəki verilişdə Misirin devrilmiş prezidenti Məhəmməd Mursi ilə bağlı maraqlı açıqlama verib.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, türkiyəli diplomat Misirdəki olaylarla bağlı səylərini hələ də davam etdirdiklərini bildirib: «Mursi ilə görüşmək üçün indi belə gizli diplomatiyanı sürdürdüyümüzü ilk dəfədir açıqlayıram».
Davudoğlu iyulun 3-də baş vermiş hakimiyyət çevrilişində həmən öncə Türkiyə Milli İstiqbarat Təşkilatının təmsilçisi Hakan Fidanın Mursi ilə görüşdüyünü vurğulayıb.
«Mursi hələ içərdəikən, Mübarəkin sərbəst buraxılması prosesi tərsinə çevrir»-deyə, o, bildirib.