Türkiyəyə rəsmi ziyarəti olan ABŞ-ın dövlət katibi Con Kerri ilə Əhməd Davudoğlunun keçirdiyi birgə mətbuat konfransında maraqlı anlar yaşanıb.
Türkiyənin xarici işlər naziri Suriya məsələsi ilə bağlı açıqlama verərkən, amerikalı qonağa sarı dönərək, deyib:«Çox diqqətlə dinləyirsiniz. Sanıram türkcə anlamağa başlayıbsınız».
Bu dialoq gülüşməyə səbəb olub. Dövlət katibi cavabında bildirib: «Türkcə duymağa, anlamağa və çalışmağa o qədər adət etdim ki. Birdən mənə elə gəldi ki başa düşmürəm».
Əhməd Davudoğlu Kerrinin gülərək verdiyi bu cavabı belə qarşılıq verib:«İnanıram ki zaman keçdikcə hörmətli Kerrinin türkcəsi daha da inkişaf edəcək» .