Gürcüstan Mərkızi Seçki Komissiyası 33 nəfərin prezidentliyə namizədliyini irəli sürdüyünü açıqlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Milli Hərəkat Partiyasından irəli sürülən David Bakradzenin namizədliyi rəsmən təsdiqlənib.
Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri 2013-cü ilin oktyabrın 27-nə təyin olunub.