Corcio Napolitano yenidən İtaliya prezidenti oldu
21 aprel 2013 00:10 (UTC +04:00)

Corcio Napolitano yenidən İtaliya prezidenti oldu

 

 İtaliya parlamenti Corcio Napolitanonu yenidən ölkə prezidenti seçib.  APA-nın məlumatına görə, Corcio Napolitano parlamentin xüsusi iclasında keçirilmiş səsvermənin nəticələrinə görə asanlıqla ikinci müddətə dövlət başçısı seçilib. Prezident seçilmək üçün ona 50 faizdən çox səs toplamaq tələb olunurdu: “5 ulduz hərəkatı” istisna olmaqla, Corcio Napolitannu bütün partiyalar dəstəkləyib.  

 

 

Bundan qabaq keçirilmiş səsvermənin 5 turu partiyalar arasında olan fikir ayrılığı səbəbindən  qalibləri müəyyən etməyib.   

 

 

87 yaşlı Corcio Napolitano seçkilərdə yaranan problemləri nəzərə alaraq namizədliyini ikinci müddətə irəli sürməyə razı olub. Son vaxtadək o belə variantı istisna edirdi.    

 
# 639
avatar

Oxşar yazılar