Con Kerri suriyalı qaçqınlara cavab verə bilməyib
19 iyul 2013 07:26 (UTC +04:00)

Con Kerri suriyalı qaçqınlara cavab verə bilməyib

ABŞ-ın dövlət katibi Con Kerri İordaniyaya səfəri zamanı suriyalı qaçqınlarla görüşüb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, görüş zamanı qaçqınlar beynəlxalq ictimaiyyəti fəaliyyətsizlikdə suçlayıb.

 

Dövlət katibinin baş çəkdiyi qaçqın düşərgəsində 115 min suriyalı yerləşib.

 

Qaçqınlar dövlət katibinə Qərb dövlətlərinin Suriyaya münasibətdə  narazılıqlarını da bildiriblər.

 

«Beynəlxalq ictimaiyyət hanı? Siz nəyi gözləyirsiniz?» - deyə, onlardan biri Con Kerridən soruşub.

 

Amerikalı diplomat vəziyyətin düşərgədə yaşayan bir çoxlarının düşündüyü kimi birmənalı olmadığını söyləyib. Bununla belə o, etiraf edib ki, onların yerində olsa idi, o da hamıdan və hər yerdən yardım istəyərdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687

Oxşar yazılar