Cohar Tsarnayevin sağlıq durumu ağırdır
22 aprel 2013 23:58 (UTC +04:00)

Cohar Tsarnayevin sağlıq durumu ağırdır

Boston marafonundakı partlayışda şübhəli bilinərək, yaralı halda ələ keçirilən Cohar Tsarnayevin sağlıq durumu ağırdır.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda Federal Təhqiqat Bürosu (FTB) açıqlama verib.

 

FTB hesab edir ki, 3 nəfərin həlak, 170-dən çox insanın yaralandığı partlayışı Tsarnayev böyük qardaşı Tamerlanla təşkil edib. Tamerlan Tsarnayev xüsusi əməliyyat nəticəsində öldürülüb. Cohar isə ciddi şəkildə yaralanıb.

 

Həkimlər aprelin 22-də keçirdiyi mətbuat konfransında xəstəxanaya yerləşdirilmişlərdən 11-i həldə müalicə alır və onların birinin vəziyyət çox ağırdır. 

# 573
avatar

Oxşar yazılar