Boston marafonundakı partlayışda şübhəli bilinərək, yaralı halda ələ keçirilən Cohar Tsarnayevin sağlıq durumu ağırdır.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda Federal Təhqiqat Bürosu (FTB) açıqlama verib.
FTB hesab edir ki, 3 nəfərin həlak, 170-dən çox insanın yaralandığı partlayışı Tsarnayev böyük qardaşı Tamerlanla təşkil edib. Tamerlan Tsarnayev xüsusi əməliyyat nəticəsində öldürülüb. Cohar isə ciddi şəkildə yaralanıb.
Həkimlər aperlin 22-də keçirdiyi mətbuat konfransında xəstəxanaya yerləşdirilmişlərdən 11-i həldə müalicə alır və onların birinin vəziyyət çox ağırdır.