Çin və Hindistan hərbçiləri son 5 ildə ilk dəfə noyabrın 4-də birgə hərbi təlimlər keçirəcək. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, manevr Çinin cənub-qərbində Çendu şəhəri yaxınlığında olacaq.
Terrorçuluğa qarşı mübarizə çərçivəsində keçiriləcək hərbi təlimdə hər tərəfdən 100-dən 150-dək hərbçi iştirak edəcək.
Təlimin keçirilməsi ilə bağlı razılaşma bu ilin iyulunda Hindistanın müdafiə naziri Arrakaparambil Entoninin Çinə səfəri zamanı əldə edilib.
Hərbi təmsilçiləri sayı çox olmasa da mütəxəssislər bunu iki dövlət arasında 2010-cu ildən bəri dayandırılmış hərbi əməkdaşlıq sahəsində mübadilə baxımından əhəmiyyətli sayır.
Onu da qeyd edək ki, Çinlə Hindistan arasında mübahisəli ərazi məsələsi mövcuddur. Hər iki tərəf Kəşmirin şimalındakı dağlıq hissəsinə, eləcə də Hindistanın şimal-şərqindəki Arunaçal-Pradeş ştatının iddia edir.
1993 və 1996-cı illərdə Çin və Hindistan mübahisəli ərazilərin dinc yolla həllinə dair razılaşma imzalayıb.