Çində iki qız yoqurt içəndən sonra həyatdan köçüblər. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yerli KİV onların içdiyi qatığa siçovul zəhərinin qatıldığın ehtimal edir.
Məlumata əsasən, yoqurtu içdikdən sonra qızlar özlərini pis hiss edib, dodaqlarında köpük əmələ gəlib.
«Sinxua» rəsmi dövlət agentliyi bildirib ki, qızların ölümü ilə əlaqədar polis yaxınlıqdakı özəl uşaq bağçasının direktorunu tutub. O, həmin uşaqların getdiyi uşaq bağçası ilə rəqabət apardığı üçün qızların yoqurtuna zəhər qatdığını etiraf edib.