Çində hökumət binalarının tikintisi, təmiri yasaqlanıb
24 iyul 2013 06:48 (UTC +04:00)

Çində hökumət binalarının tikintisi, təmiri yasaqlanıb

Çində hökumət və yerli idarəetmə qurumları üçün yeni binaların tikilməsi ilə bağlı 5 illik moratorium tətbiq edilib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu yolla hakimiyyət dövlət hesabına  məmurların özləri üçün təmtəraqlı ofis tikməsinə qarşı mübarizə aparır.

 

Mövcud dövlət binalarının, hətta özəl sərmayələr hesabına belə müasirləşdirilməsi yasaqlanıb.

 

Son zamanlar ən kasıb rayonlarda təmtəraqlı dövlət binalarının tikilməsi ölkədə ciddi müzakirə mövzusudur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535
avatar

Oxşar yazılar