Bu gün səhər saat 7:45 radələrində Çində 6,6 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Qansu əyalətində 20 km dərinlikdə yerləşib.
Ən azı 47 nəfər ölüb, 270 nəfər xəsarət alıb. Ən çox dağıntı Meyçuan və Puma qəsəbələrində olub. Çjansyan bölgəsində 13 şəhərin kommunikasiya sistemi sıradan çıxıb. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün fəlakət zonasına ordu bölmələri, polis və könüllülər göndərilib.