Səhər saatlarında Çankaya Köşkü yaxınlığında əlində çanta olan şəxs prezident Abdullah Güllə görüşmək istədiyini və ona bir neçə əşya verəcəyini bildirib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prezidentin mühafizəçiləri tərəfindən həmin şəxsin üzərində axtarış aparılıb. Axtarış zamanı Mehmet Saleh Atlı adlı şəxsin çantasından sənədsiz tapança, 8 ədəd güllə və narkotik maddə aşkar olunub.
Mehmet polis bölməsinə aparılıb və ifadəsi alınıb. Fırıldaqçılıq, təcavüz və digər 17 cinayət əməli törədən Mehmet ifadəsində bildirib ki, A. Gülə qarşı sui-qəsd törətmək məqsədi olmayıb: “Çantamdakı CD-də olan tarixi məkanları ona göstərərək onların qoruması üçün kömək edəcəkdim”.
Qeyd edək ki, Ağır Cəza Məhkəməsinin qərarı ilə həbs olunub.