Çin polisi uyğur türklərini yenə atəşə tutub: 35 nəfər öldürülüb
28 iyun 2013 23:47 (UTC +04:00)

Çin polisi uyğur türklərini yenə atəşə tutub: 35 nəfər öldürülüb

İyunun 28-də Çinin Uyğur-Sincan Muxtar əyalətində yeni toqquşmaların olduğuna dair xəbərlər yayılıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkənin rəsmi xəbər agentlikləri Hotan şəhərində baş verən qarşıdurmanın səbəbləri itkilər haqqında açıqlama verməyib.

 

Məlumatlara əsasən, Çindəki KİV əyalətdə baş verən olaylarla bağlı tərəfli və həqiqət ört-basdır edən xəbərlər yaymaqdadır.

 

Bütün bunlara baxmayaraq, qeyri-rəsmi mənbələrin yaydığı məlumatda bildirilib ki, polis dinc etiraz aksiyası iştirakçılarına yenə odlu silahdan atəş açıb. Çoxlu sayda həlak olan və yaralanan var. İlkin məlumatlara görə, açılan atəş və basqılar nəticəsində azı 35 uyğur öldürülüb.

 

Xatırladaq ki, iki gün öncə Çin hakimiyyəti ölkənin şimal-qərbində Uyğur-Sincan Muxtar Əyalətinin mərkəzi Urumçidən 280 km aralı, Turfan şəhərinin Lukqun qəsəbəsində uyğurlara qarşı yeni təxribatlar təşkil etməkdə suçlu bilinir.

 

Məlumatına görə, baş vermiş həmin qarşıdurma nəticəsində azı 35 uyğur türkü qətlə yetirilib.

 

Dövlətin rəsmi xəbər agentlikləri baş verən bu olayı belə yaymışdı: «Əli bıçaqlı kişilər yerli polis idarəsinin binasına basqın edib». Çinin rəsmi Sinxua agentliyinin məlumatına əsasən, «9 polis, 8 mülki vətəndaş öldürülüb».

 

Bununla belə polisin odlu silahdan açdığı atəş nəticəsində 10-dan çox uyğurun öldüyü haqda da məlumat yayılıb.

 

Xatırladaq ki, son illər Pekin Uyğur Muxtar Əyalətində süni şəkildə çinlilərin köçünün təşkil edir. Bununla da bölgədə uyğurların sayını süni şəkildə azaldır. Belə bir durum isə təbii olaraq, yerli əhalinin etirazı ilə qarşılanır. Milli Muxtariyyətə malik olmalarına baxmayaraq, Çin hakimiyyəti oradakı uyğur türklərinə qarşı milli , dini məsələlərdə təzyiqlər etməklə, bu etnik qrupu assimilyasiya etməyə çalışır.

 

Onu da qeyd edək ki, 2009-cu ildə Pekinin  Urumçuda törətdiyi ixtişaşlar nəticəsində iki yüzdən çox uyğur türkü qətlə yetirilmişdi.

 

Bu ilin aprelində baş vermiş olaylar zamanı 21 uyğur həyatını itirmişdi.

 

Baş verənlərdə Çin hakimiyyəti bir qayda olaraq, uyğur türklərini ittiham edir və olayları «müsəlman terrorçularının törətdiyini» bəyan edir.

 

Son olaylarla bağlı məlumatlar da yalnız Pekinin rəsmi informasiya vasitələri ilə yayıldığından dünya ictimaiyyəti Uyğur Muxtar Əyalətində baş verən olaylar haqda doğru məlumat əldə edə bilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 975
avatar

Oxşar yazılar