Bir müddət öncə deputatlar parlamenti buraxılmaqla bu ilin iyununda hökumətin istefası nəticəsində yaranmış siyasi böhranı həll etməyə çalışıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Çexiya prezidenti Miloş Zeman ölkədə növbədənkənar parlament seçkilərinin oktyabrın sonunda keçiriləcəyini elan edib.
Avqustda prezident Zeman tərəfindən təyin olunmuş müvəqqəti hökumət də parlamentdə gərəkən səsi toplaya bilməyib.