Çexiyanın yeni hökumətinin baş naziri İrji Rusnok Parlamentin deputatlar Palatasının etimadını qazanmayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 93 deputat yeni kabineti dəstəkləsə də, 100 deputat ona qarşı səs verib.
Sosial - demokratlar, kommunistlər və «İctimai iş» Partiyasından olan deputatlar yeni hökumətin lehinə olub.
Kabinetə qarşı keçmiş hakim koalisiyadan olan deputatlar yeni kabinetə qaşı çıxıb.