Çavesin xələfi seçildi, qalmaqal başladı...
15 aprel 2013 11:24 (UTC +04:00)

Çavesin xələfi seçildi, qalmaqal başladı...

Venesuelanın sabiq prezidenti Uqo Çavesin xələfi Nikolas Maduro  prezident kürsüsünə yiyələnib.

Lent. az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 14-də keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, Nikolas Maduro seçicilərin 51 faizini, əsas rəqibi Enrike Kapriles isə seçicilərin 49 faizinin səsini qazanıb.

Venesuela Mərkəzi Seçki Komissiyası ölkə vətəndaşlarını küçələrə çıxmamağa və xalqın iradəsinə hörmətlə yanaşmağa çağırıb. Seçkilərin ilkin nəticələri elan olunandan sonra Nikolas Maduro və Enrike Kaprilesin tərəfdarları arasında toqquşmanın qarşısının alınması üçün paytaxt Karakasda küçələrə zirehli texnika yeridilib. Ancaq bu da küçələrə minlərlə insanın axışmasına mane olmayıb. Enrike Kapriles isə hakimiyyətin seçkilərin nəticələrini saxtalaşdırmağa çalışdığını bəyan edib.

 

# 671
avatar

Oxşar yazılar