Rumıniyanın keçmiş prezidenti Nikolae Çauşeskinin edam edildiyi yerə bu ilin sentyabrından turistlər gedə biləcək.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu məqsədlə 1989-cu il dekabrın 25-də keçmiş diktatorun məhkəməsi keçirilən Tırqovişte hərbi qarnizonu açıq olacaq.
Turistlər orada Çauşesku və xanımının güllələndiyi yeri görə biləcək.
Sentyabrda orada binanın tarixinə dair sərginin açılacağı planlaşdırılıb. Çünki həmin binada XIX - XX əsrdə orada qvardiya məktəbi yerləşib.
Çauşeskunun edam olunduğu yerə giriş bileti 7 rumın leevi (35 qəpik) olacaq.
Xatırladaq ki, 1989-cu ildə hərbi inqilab məhkəməsi 1965-89-cu illərdə Rumıniyaya başçılıq etmiş Nikolae Çauşesku və onun həyat yoldaşının «soyqırım və dövlətin dayaqlarını sarsıtmaqda» ittiham edərək, barələrində edam hökmü çıxarmışdı.