Beynəlxalq Valyuta Fondu (BVF) iqtisadi islahatlar aparmaq üçün Pakistana üç il ərzində 5, 3 milyard dollar verəcək.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda qərar BVF ilə Pakistan hökuməti arasında danışıqlardan sonra elan olunub. Müzakirələr iki həftə sürüb.
Fond bildirib ki, rəsmi İslamabad bu maliyyə vəsaiti ilə büdcədəki defisti azalda və elektrik təchizatı sistemini yaxşılaşdıra bilər.