Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş başçısı Dominik Stross-Kana qarşı sutnyorluq ittihamı irəli sürülüb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, müstəntiqlər ehtimal edir ki, Fransanın Lil şəhərində fəaliyyət göstərmiş «sutnoyrlar şəbəkəsi» ilə Stross-Kanın əlaqəsi olub.
Onun vəkilləri isə işin bağlanılması xahişi ilə müraciət ediblər. Vəkillər müştərisinin qonaqlıqlara «fahişələri cəlb etdiyini» təsdiqləyiblər.
İstintaqın məlumatına əsasən, BVF-nin keçmiş başçısı yüksək vəzifəli qonaqları üçün həmin şəbəkənin xidmətindən istifadə edirmiş.
Xatırladaq ki, 2011-ci ildə o, Nyu-Yorkda mehmanxana xidmətçisinə sataşmaqda şübhəli bilinərək həbs edilmişdi.