Buynakda partlayış : bir polis həlak olub
13 aprel 2013 01:02 (UTC +04:00)

Buynakda partlayış : bir polis həlak olub

Dağıstanın Buynak rayonunda Daxili İşlər Nazirliyinin zirehli texnikasını naməlum şəxslər partladıb.

 

Lent.az-ın xarici infomasiya vasitələrinə istinadən məlumatına görə, hadisə nəticəsində bir polis həlak olub, üçü isə yaralanıb.

 

DİN-inin bildirdiyinə əsasən, olaydan sonra partlayışda iştirak edənləri ələ keçirmək üçün rayonda «Vulkan» adlı plan həyata keçirilib.

 

Son zamanlar Bunyakda hərbçilər və polislər qarşı hücum nadir hadisə deyil. Bu il fevralın 13-də hərbçilərin avtomobil karvanının yolunda partlayış baş vermişdi. Onda xəsarət alan olmamışdı. 

# 409
avatar

Oxşar yazılar