Gürcüstan prezidentliyinə namizəd Nino Burcanadze bildirib ki, əgər seçilsə prezident Mixail Saakaşvili həbs ediləcək.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, iyulunu 10-da Tiflisdə keçirdiyi mətbuat konfransında bildirib ki, prezident seçiləcəyi halda Saakaşvilinnin «Milli Hərəkat Partiyasına qarşı «cinayətkar təşkilat» kimi ittiham irəli sürüləcək» və «ilk növbədə Saakashvili həbs ediləcək».
Xatırladaq ki, Burcanadze parlamentin keçmiş sədri, müxalifətdə olan Demokrat Partiyasının lideri, haelə Saakaşvilinin keçmiş mübarzə yoldaşıdır.
Gürcüstanın baş naziri Bidzina İvanishvili perspektivdə Saakaşvilinin həbsinin mümkünlüyünü istisna etməyib.