Bu gündən britaniyalı diplomat İranda işə başlayır
03 dekabr 2013 06:11 (UTC +04:00)

Bu gündən britaniyalı diplomat İranda işə başlayır

Londonla Tehran arasında diplomatik münasibət normallaşmağa doğru davam edir.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Britaniyanın xarici işlər naziri Uilyam Heyq açıqlama verib.

 

Onun sözlərinə əsasən, dekabrın 3-də İngiltərənin müvəqqəti işlər vəkili Tehrana gedəcək.

 

Xatırladaq ki, Britaniya ilə İran arasında diplomatik münasibət 2011-ci ilin noyabrında kəsilmişdi. Bu il noyabrın ortalarında tərəflər müvəqqəti işlə vəkilini təyin edib. London Xarici İşlər Nazirliyi İran idarəsinin rəhbəri Acay Şarmanı, Tehran isə Məhəmmədhəsən Həbibullahzadəni bu vəzifəyə təyin edib.

 

U.Heyq «Tvitter»-dəki  səhifəsində yazıb : «Britaniyanın müvəqqəti işlər vəkili dekabrın 3-də Tehrana səfər edəcək. Biz ikitərəfli münasibətləri qarşılıqlı addım-addım əsasında yaxşılaşdıracağıq».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519
avatar

Oxşar yazılar