İyulun 21-də Yaponiyada parlament seçkisi başlayıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, mütəxəssislər bu siyasi kampaniyada liberal-demokratların qələbə qazanacağını ehtimal edir. Bununla da ölkə parlamentinin Yuxarı Palatasında onların üstünlük təşkil edəcəyi gözlənilir.
Qələbə 2007-ci ildən sonra liberal- demokratların parlamentin hər iki palatasında çoxluqda olması deməkdir.
Lİberalların başında baş nazir Sindzo Abe durur. O, 2012-ci ilin dekabrında hökumət başçısı olaraq, çıxışında Yaponiyanın 20 illik durğunluqdan çıxaracağını boyun olub.