Bu gün Həsən Ruhaninin prezidentliyi təsdiqlənəcək
03 avqust 2013 13:17 (UTC +04:00)

Bu gün Həsən Ruhaninin prezidentliyi təsdiqlənəcək

0

Bu gün İranın ali dini lideri Seyid Əli Xamneyi cari ilin iyun ayında ölkədə keçirilən prezident seçkilərində qalib gəlmiş Həsən Ruhanini prezident vəzifəsinə təyin olunmasını təsdiqləyəcək.


 

APA-nın “Press TV” kanalına istinadən verdiyi məlumata görə, Tehranda yerli vaxtla saat 17:00-da başlayacaq mərasimdə H.Ruhani İran prezidenti vəzifəsində Mahmud Əhmədinejadı əvəz edəcək. Bundan sonra o artıq rəsmi olaraq ölkəni dörd il ərzində idarə etməyə başlayacaq.

 

Avqustun 4-də isə Həsən Ruhani İran parlamenti qarşısında and içəcək. Mərasimdə 11 ölkənin prezidentləri, onlarla parlament sədrləri, xarici işlər nazirləri və vitse-prezidentləri iştirak edəcək. Azərbaycandan mərasimdə Milli Məclis sədri Oqtay Əsədov iştirak edəcək.

 

Qeyd edək ki, iyunun 14-də keçirilən seçkilərdə H.Ruhani 50.71 faiz yığaraq prezident seçilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 555

Oxşar yazılar