Noyabrın 22-də Sankt-Peterburqda Rusiyanın prezidenti Vladimir Putin Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğanla görüşəcək.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, görüş zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti, Suriyadakı problemin tənzimlənməsini, İranın nüvə proqramını və iki tərəfli layihələrin gerçəkləşdirilməsi perspektivini müzakirə edəcək.
Prezident və baş nazir başçılıq etdikləri Türkiyə-Rusiya Yüksək Səviyyədə Əməkdaşlıq Şurasının iclasını keçirəcək.