Bu gün “Ədəviyyə” yenə qana boyana bilər
12 avqust 2013 10:29 (UTC +04:00)

Bu gün “Ədəviyyə” yenə qana boyana bilər

Misir təhlükəsizlik qüvvələri bu gün səhər devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarlarını “Ədəviyyə” meydanından dağıtmaq üçün hərəkətə keçəcək.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə qərar daxili işlər nazirinin rəhbərliyi ilə keçirilən toplantıda  qəbul edilib.

Qeyd edək ki, keçən ay təhlükəsizlik qüvvələrinin “Ədəviyyə” meydanında aksiyanı dağıtmaq üçün açdığı atəş nəticəsində 70 nəfər həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539
avatar

Oxşar yazılar