Britaniyada partlayış törətmək istəyənlər tutulub
19 aprel 2013 03:17 (UTC +04:00)

Britaniyada partlayış törətmək istəyənlər tutulub

Britaniyada 4 kişi həbs olunub. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar uzaqdan idarə olunan oyuncaq maşının yardımı ilə partlayış hazırlamaqda və bomba hazırlanması haqda məqaləni yaymaqda suçlu biliniblər.

 

İstintaq- araşdırma işlərinə əsasən, onlar Britaniyanın cənubunda Lutone hərbi bazasında partlayış törətmək istəyiblər. Hakim onları 5 ildən 16 ilgdək azadlıqdan məhrum edib.

 

İttihamçılar bildirib ki, onlar döyüş hazırlığını Pakistanda keçiblər. Məhkumlar ötən il həbs ediliblər, onların ifadələri xüsusi xidmət orqanları tərəfindən yazılıb.

 

# 320
avatar

Oxşar yazılar