Britaniyanı Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanını dostunun iflic olmasında təqsirli bilinən gəncin belinin qırılması hökmünü icra etməməyə
çağırıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, nazirlik bunu hökmü «cəfəngiyyat» sayaraq, belə bir qərarın beynəlxalq hüquqa ziddi olduğunu vurğulayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının sakini 24 yaşlı Əli əl-Həvaxir dostuna ağır bədən xəsarəti yetirdiyi üçün «göz-gözə» prinsipinə əsasən cəzalandırılacaq.
Onun yetirdiyi xəsarət nəticəsində dostu iflic olub. Ona görə də şəriət məhkəməsi Əli əl-Həvaxirini onurğa sütununun sındırılması haqda qərar qəbul edib.
Olay 10 il öncə baş verib. Onda hər iki dost yeniyetmə olub. Bıçaqlanmış yeniyetmə əlil arabasına mövhtac qalıb. Əgər ailəsi 250 min dollar kompensasiya ödəməzsə, o zaman Əlini oxşar aqibət gözləyir.
Onun 60 yaşlı anası deyib ki, ötən bu illər ərzində qohum-əqrəba nəzərdə tutulan vəsaiti toplaya bilməyib.
Mənbənin xatırlamasına əsasən, Səudiyyə Ərəbistanı kimi mühafizəkar ölkədə belə «göz - gözə» prinsipi nadir hallarda icra olunur. Sonuncu dəfə 2000-ci ildə məhkəmənin qərarı ilə öz həmvətəninin gözünə sulfat turşusu tökmüş bir misirlinin gözünü həkimlər çıxarmışdı.