Britaniya XİN: «Çeçenistan, Dağıstan və bir sıra bölgələr getməyin»
04 may 2013 02:41 (UTC +04:00)

Britaniya XİN: «Çeçenistan, Dağıstan və bir sıra bölgələr getməyin»

Britaniyanın Xarici İşlər Nazirliyi terror təhlükəsinin çoxluğu üzündən vətəndaşlarına Çeçenistan, Dağıstan, İnquşetiya və Rusiyanın bir sıra bölgələrinə getməməyi məsləhət görüb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, nazirlik Stavropol diyarının Budennovski, Levokumski, Neftekumski, Stepnovski və Kurskiy rayonlarına da səfər etməməyi tövsiyə edib.

 

Qurum Şimali Osetiya, Qaraçay-Çərkəz və Kabardin-Balkar respublikalarına da «vacib olacağı» təqdirdə səfər etməyi laızm bilib.

 

Nazirlik onu da qeyd edib ki, ölkənin Moskva, Sankt-Peterburq və başqa şəhərlərində tez-tez siyasi yürüşlər keçirilir.

 

Britaniya XİN vətəndaşlarına küçələrdəki cinayətlərlə də bağlı xatırlama edib.

 

Qurumun məlumatına əsasən, 2011-ci ildə Rusiyaya 127 min britaniyalı viza ilə səfər edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543
avatar

Oxşar yazılar