Britaniyanı hər yerindən mindən çox polis Belfasta gedib. Lent.az-ın «BBC»yə istinadən məlumatına görə, onlar «Narıncı orden»-in protestant yürüşü zamanı baş verəcək zorakılığın qarşısını almaq üçün yerli asayiş keşikçilərinə yardım edir.
Mənbə bildirib ki, şimali irlandiyalı katoliklər bir sutkadan artıqdır şəhərin küçələrində yürüş keçirir. Onlar yerli polis şüşə butılka və kərpic atıb. Nəticədə 30-a yaxın polisin xəsarət aldığı bildirilib.
Hər il «Narıncı orden»dən olan katoliklər yürüş keçirir. Onların bu aksiyası «təhrikedici» sayılır.
1998-ci ildə təriqətlərarası sülh anlaşması bağlanıb. Bununla belə xristian Dinin təriqətləri arasında çat indi də qalmaqdadır.