Böyük Britaniya Mərkəzi Bankı qalmaqallı bəyanat verib.
Lent.az-ın “Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, Böyük Britaniya Mərkəzi Bankının əməkdaşları İkinci Dünya Müharibəsinin başlanmasına bir neçə ay qalmış faşist Almaniyasına Çexoslovakiyada qarət etdikləri qızılı satmağa kömək edib.
Ekspertlər şübhələnirlər ki, Böyük Britaniya Mərkəzi Bankının seyflərində hələ də bu qızıllardan qalır. Lakin bu fakt heç vaxt gizlədilməyib. Bu barədə Böyük Britaniya Mərkəzi Bankının 1950-ci ildə işıq üzü görən və tarixini əks etdirən kitabda da yazılıb. Lakin bu barədə informasiya internet məkanında yeni yayılıb. Almaniya Çexoslovakiyaya 1939-cu ilin oktyabrında hücum edib, 1940-cı ildə isə Böyük Britaniya Mərkəzi Bankına Çexoslovakiya Mərkəzi Bankının hesablarındakı 6 milyon funtun Almaniyanın “Reyxsbank”ının hesabına köçürülməsi xahiş edilib. Hazırkı hesabla bu, 300 milyon funta bərabərdir. 1939-cu ilin yayında Böyük Britaniya Mərkəzi Bankı faşistlərə 860 min funt dəyərində qızılın satılmasına yardım edib. Baxmayaraq ki, İkinci Dünya Müharibəsi ərəfəsində bütün bu əməliyyatlar dayandırılıb, ancaq Böyük Britaniya Mərkəzi Bankının 1940-cı illərdə də faşistlərə dəstək verdiyi istisna edilmir.