Britaniya İranla barışır - "Millət" Bankına sanksiya ləğv edildi
21 iyun 2013 06:39 (UTC +04:00)

Britaniya İranla barışır - "Millət" Bankına sanksiya ləğv edildi

Britaniya Ali Məhkəməsi İran "Millət" Bankına qoyulan sanksiyanı ləğv edib.

Sanksiyanı Britaniyanın Maliyyə Nazirliyi 2009-cu il oktyabrın 12-də qoymuşdu. İran "Millət" Bankı ölkənin nüvə proqramı ilə əməkdaşlıqda günahlandırılmışdı.

Lent.az-in məlumatına görə,  Britaniya Ali Məhkəməsinin hakimi Conatan Sampşen jurnalistlərə deyib ki, İran "Millət" Bankına sanksiya qoyularkən əsassız dəlil-sübutlara istinad edilib və bankın ölkənin nüvə proqramı ilə əməkdaşlığını sübut edən hər hansı tutarlı sənəd ortaya qoyulmayıb: “Hesab edirəm ki, bu sanksiyanın qoyulması mövcud qaydalara zidd addım idi”.

İran "Millət" Bankının sözçüsü isə jurnalistlərə açıqlamasında bildirib ki, sanksiyaya məruz qaldığı son dörd ildə banka 500 milyon funt-sterlinq ziyan dəyib və onlar kompensasiya almaq üçün  Britaniya hökumətindən şikayət edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 800
avatar

Oxşar yazılar