Braziliya prezidenti yürüşçülərlə fəxr edir
19 iyun 2013 07:42 (UTC +04:00)

Braziliya prezidenti yürüşçülərlə fəxr edir

Braziliya prezidenti Dilma Rusef məktəbin və nəqliyyatın inkişafı, təhsilin keyfiyyətinin artırılması tələbi ilə on minlərlə etirazçının yürüş etməsindən qürur duyduğunu bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu, iyunun 17-də Braziliyanın 12 iri şəhərində başlamış etiraz aksiyaları ilə bağlı onun ilk çıxışıdır. Rusef deyib ki, hakimiyyət etiraz aksiyaçılarının tələblərini eşidəcək.

 

Bu ilin iyununda avtobusda gediş haqqının artırılmasına qarşı ölkənin bir neçə şəhərində etiraz aksiyası başlayıb. Bunun ardıca etiraz Braziliya hakimiyyətindəki korrupsiyaya yönəlib.  

 

Məlumata əsasən, etirazçıların əsasının gənclər təşkil edib. Onlar bu tədbiri sosial şəbəkə vasitəsi ilə başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 797
avatar

Oxşar yazılar