Braziliya prezidenti ABŞ-a səfərini təxirə salıb
06 sentyabr 2013 01:50 (UTC +04:00)

Braziliya prezidenti ABŞ-a səfərini təxirə salıb

Braziliya hakimiyyəti prezident Dilma Russeffin ABŞ səfər hazırlığını dayandırıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda «Frans press» məlumat yayıb.

 

Mənbə bildirib ki, buna səbəb Vaşinqtonun bu respublikaya qarşı casusluq etməsi haqda dərc olunmuş materialdır. 

 

Braziliya mətbuatı Mərkəzi Kəşfiyyat İdarəsinin qaçqın əməkdaşı Edvard Snoudenin dediklərini yaymasıdır. O, bildirmişdi ki, ABŞ-ın xüsusi xidmət orqanları Braziliya və Meksika prezidentlərinin telefon danışıqlarını və şəbəkədaxili yazışmalarını izləyir.

 

Braziliya informasiya və kommunikasiya naziri Paulo Bernardonun sözlərinə əsasən, Vaşinqtondan hələlik bu haqda inandırıcı izahat almayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507
avatar

Oxşar yazılar