Braziliya prezidenti Dilma Russef ölkədə hakimiyyətə qarşı davam edən etiraz aksiyaları fonunda siyasi islahatlar üzrə referendum keçirməyə hazır olduğunu bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, ölkədə ictimai nəqliyyatın inkişafı, eləcə də ictimai nəqliyyatın bəzi növlərinin yanacağı üçün verginin azaldılması istiqamətində hökumətin 25 milyard dollar ayırmaq niyyətində olduğunu da açıqlayıb.
Xatırladaq ki, ölkədə etiraz aksiyaları ictimai nəqliyyatda gediş haqqının bahalanmasından sonra başlayıb.