Boyarskinin şlyapasını oğurladılar
01 aprel 2013 18:36 (UTC +04:00)

Boyarskinin şlyapasını oğurladılar

Sankt-Peterburqda məşhur artist Mixail Boyarskinin sevimli şlyapası oğurlanıb.

 

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Rusiya xalq artistinin sevimli futbol komandası  “Zenit”in “Terek”ə qarşı oyunu başa çatan zaman, dünən saat 20:00 radələrində  baş verib. Evdə oyunu izləyən və “Zenit”in qələbəsinə sevinən Mixail Boyarski sonra gəzməyə çıxıb: “Oyundan sonra mən qələbəyə dəlicəsinə sevindim, evdə qala bilmədim və gəzməyə qərar verdim. Bir də gördüm ki şlyapasızam”.

 

Amma aktyor şlyapasını harada itirdiyini bilmir.

   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506
avatar

Oxşar yazılar