Bostondakı partlayışı törədən tutulub - YENİLƏNİB-2
18 aprel 2013 02:27 (UTC +04:00)

Bostondakı partlayışı törədən tutulub - YENİLƏNİB-2

 

Boston federal məhkəməsi binasından insanların köçürülməsinin səbəbi açıqlanıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu tədbirin keçirilməsi partlayış təhlükəsi əlaqədar olub.

 

Əvvəlcə məhkəmənin təhlükəsizlik xidməti əməkdaşları və jurnalistləri köçrüb,eləcə də ora toplaşan əhalini binadan uzaqlaşdırıblar.

 

Polis məhkəmə binasında axtarış aparır. Başqa detallar hələlik bəlli deyil. 

***

01.16

ABŞ polisi Boston federal məhkəməsindən insanları köçürməyə başlayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, məhkəmə binasının yaxınlığında iki yanğınsöndürən maşını dayanıb. Hələlik köçürmənin səbəbi bəlli deyil.

 

Mənbə bildirib ki, aprelin 15-də baş vermiş məlum partlayışdan sonra təhlükəsizlik bağlı istənilən olaya ABŞ-ın hüquq-mühafizə orqanları ehtiyatla yanaşır.

***

00.41

Adının çəkilməsini istəməyən hüquq mühafizə orqanının əməkdaşı Bostonda marafon finişində partlayışı təşkil edənin tutulduğunu bildirib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu xəbəri o, «Assoşieyted press»ə deyib.

 

Mənbənin bildirdiyinə əsasən, həbsin incəlikləri hələlik bəlli deyil. «BBC» də bu xəbəri təsdiqləyə bilmədiyini açıqlayıb.

 

Məlumata görə, yaxın saatlarda tutulan Bostonda federal məhkəməyə gətiriləcək.

 

«Röyter» agentliyi bildirib ki, ABŞ-ın hüquq-mühafizə orqanları yaxın zamanlarda araşdırmanın uğuru barəsində açıqlama verəcək.

 

Məlumata əsasən, olay yerində partlayan bomba qazança – tavaya yerləşdirilib. Həmin məişət əşyası 5 litrlik olub. Tavalardan  birində «podşipnik», o birində isə mismar yerləşdirilib. Hər iki bomba tünd  çantada yerə  qoyulub. 

# 1514
avatar

Oxşar yazılar