Boston məscidinin imamı Tsarnayevi dəfndən imtina edib
25 aprel 2013 05:04 (UTC +04:00)

Boston məscidinin imamı Tsarnayevi dəfndən imtina edib

Boston məscidlərindən birinin imamı qohumlarına Tamerlan Tsarnayevin müsəlman kimi dəfni ilə  bağlı mərasimi təşkil etməkdən imtina edib.

Lent.az-ın «NBC News»-a istinadən məlumatına görə, həmin məscid  dəqiqləşdirilməyib. Tamerlanın xalası Patimat Süleymanova deyib ki, Bostondakı marafonda partlayış törətmək şübhəli bilinən, güllələnmiş  Tamerlanın cəsədi qohumlarına verilib. Süleymanova həmin məscidin adını bilmədiyini söyləyib.

Bundan öncə, Boston məscidi imamının təmsilçisi Talal Eyd «bu qatildə islam nişanəsi yoxdur» -deyərək,  T.Tsarnayevi müsəlman qaydası ilə dəfn etməkdən imtina etmişdi.

Onun Dağıstanda qohumlarının yaşadığı kənddə dəfni məsələsi hələlik müzakirə edilməyib.

Mahaçqalada ABŞ Federal Təhqiqat Bürosu və Rusiya Federal Təhlükəsizlik Xidmətinin mütəxəssisləri Tsarnayev qardaşlarının qohumlar ilə görüşüb. Bu görüş sakit şəraitdə keçirilib. Hazırda Boston xəstəxanalarından birində nəzarət altında saxlanılan Zübeydə Tsarnayevaya da amerikalılar oğlu Coharlə görüşə icazə verəcəklərini boyun olublar.

 

 

# 607
avatar

Oxşar yazılar