Bosfora paralel kanalın tikintisinə başlanılır
13 aprel 2013 07:29 (UTC +04:00)

Bosfora paralel kanalın tikintisinə başlanılır

Türkiyə Qara dənizlə Mərmərəni birləşdirmək niyyətindədir. Lent.az-ın məlumatına görə, bu məqsədlə 45 km uzunluğunda yeni su nəqliyyat kanalı tikilməsinə başlanılır.

 

Türkiyə hakimiyyəti bununla yüklənən Bosfor boğazında nəqliyyatı gedişini asanlaşdırmaq istəyir.

 

Kanal «İstanbul» adlanır. Layihə baş nazir Rəcəb Taip Ərdoğanın nəzarəti altında həyata keçiriləcək. Kanal Bosfordan şimal –qərbə doğur başlayıb, ona paralel tikiləcək.

 

Bu plan 2011-ci ildə parlament seçkilər ərəfəsində elan olunmuşdu. Onda bir çoxları bu planı tənqid etmişdi. Ancaq aprelin 12-də hökumət yanında mərkəzi Şura layihəyə maliyyə ayrılmasını təsdiqləyib.

# 542
avatar

Oxşar yazılar