Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo-Kartli-Borçalı bölgəsi Bolnisi rayonu icra hakimiyyətinin başçısı Levan Palavandişvili vəzifəsindən kənarlaşdırılıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Rayon Məclisinin sədri Zurab Eradze bildirib ki, Levan Palavandişvili üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmədiyi üçün belə bir qərar qəbul edilib.
Məclisin büro iclasında iştirak edən 11 deputatdan 7-si ona etimadsızlıq göstərərək vəzifəsindən kənarlaşdırılmasının lehinə səs verib.
L.Palavandişvili bu vəzifəyə bir neçə ay əvvəl təyin olunub.